“Azərpoçt” elektrikli və yaxud hibrid nəqliyyat vasitələrindən istifadə etmək istəyir
Far.Az xəbər saytı

“Azərpoçt” elektrikli və yaxud hibrid nəqliyyat vasitələrindən istifadə etmək istəyir


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC əməliyyatlar zamanı elektrikli və yaxud hibrid nəqliyyat vasitələrindən istifadə etməyi planlaşdırır.

"Far.Az" xəbər verir ki, bunu şirkətin İdarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev COP29 çərçivəsində təşkil olunmuş "Qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə" adlı tədbirdə bildirib.

"Biz ətraf mühitə təsirimizi minimuma endirmək üçün fəal şəkildə iqlimə nəzarət təşəbbüsləri həyata keçiririk. “Azərpoçt” yanacaq sərfiyyatını, karbon emissiyalarını minimuma endirmək üçün çatdırılma marşrutlarını optimallaşdırır. Həmçinin elektrikli və yaxud hibrid nəqliyyat vasitələrindən istifadə etməyi planlaşdırırıq. Şirkət həmçinin kağız istehlakını azaldır və rəqəmsallaşmanı təşviq edir. Bundan əlavə, kağız istehlakını minimuma endirmək üçün çap prosesimizi optimallaşdırırıq. Enerji səmərəliliyi, davamlı logistika, kağız istehlakının azaldılması, beynəlxalq əməkdaşlıq Azərbaycanda poçt sənayesinin "yaşıl gələcəyi"nin qurulması üçün əsas inkişaf sahələridir".

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
"Azərpoçt": Poçt xidməti iqlim dəyişikliyi riskləri ilə daha çox üzləşir
Toyota Prius: Hibrid Avtomobillərin atası
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər