VNG Azərbaycandan təbii qaz idxalını artırmağa, uzunmüddətli müqavilə bağlamağa hazırdır - EKSKLÜZİV
Far.Az xəbər saytı

VNG Azərbaycandan təbii qaz idxalını artırmağa, uzunmüddətli müqavilə bağlamağa hazırdır - EKSKLÜZİV


Almaniyanın VNG AG şirkəti Azərbaycandan təbii qaz idxalının həcmini artırmaqda, uzunmüddətli müqavilələr bağlamaqda maraqlıdır.

Bu barədə "Far.Az"a VNG AG-nin baş vitse-prezidenti və korporativ inkişaf istiqamətinin rəhbəri Oliver Hill bildirib.

Onun sözlərinə görə, VNG Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə yalnız qaz tədarükü sahəsində deyil, həm də biometan, bərpa olunan enerji mənbələri, hidrogen və karbonsuzlaşdırılmış yanacaq növləri kimi istiqamətlərdə əməkdaşlığı genişləndirmək istəyir.

"Artıq dediyim kimi, bu, uzunmüddətli müqavilədir. Bundan əlavə, biz biometan və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq üçün imkanlar görürük", - Hill qeyd edib.

O, həmçinin Azərbaycanın və ölkədən Avropaya tədarük edilən qazın hazırda Avropa İttifaqının hazırladığı metan emissiyaları sahəsində tələblərə uyğunluğunun vacibliyini vurğulayıb. "Bu, çox böyük və vacib məsələdir. Bizim üçün gələcəkdə həcmləri artıra bilmək imkanına malik olmaq önəmlidir", - o bildirib.

Hill qeyd edib ki, VNG hidrogen və digər karbonsuzlaşdırılmış yanacaq növlərində də maraqlıdır. "Artıq xatırlatdığım kimi, biz elektrik şirkəti deyilik - molekullarla işləyən şirkətik. Biz molekulları A nöqtəsindən B nöqtəsinə daşıyırıq, buna görə hidrogen bizi maraqlandırır", - o izah edib.

Təbii qaz tədarükünün həcmlərindən danışan Hill bildirib ki, hazırda VNG Azərbaycandan 2,5 TVt/saat qaz idxal edir. "Biz bu həcmi mümkün qədər artırmaq istərdik", - o bəyan edib.

Hill həmçinin VNG-nin uzunmüddətli müqavilə bağlamağa hazır olduğunu təsdiqləyib. Onun sözlərinə görə, qüvvədə olan müqavilə cəmi üç il müddətinə nəzərdə tutulub, halbuki şirkət 15-20 illik razılaşmaya keçməyə hazırdır.

Onun sözlərinə görə, belə bir format Almaniyaya uzunmüddətli qaz tədarükünü təmin etməyə və eyni zamanda Azərbaycanda investisiyalar üçün şərait yaratmağa imkan verəcək.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər