Narqis Vik: "Almaniya Ələt limanında terminal tikintisini müzakirə edir"
Far.Az xəbər saytı

Narqis Vik: "Almaniya Ələt limanında terminal tikintisini müzakirə edir"


Almaniya Ələt limanında multimodal terminalların tikintisi üzrə iki layihənin reallaşdırılmasını müzakirə edir.

"Far.Az" xəbər verir ki, bunu Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının ("AHK Azerbaijan") icraçı direktoru Narqis Vik mətbuat brifinqində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Almaniyanın biznes icması infrastruktura investisiyalar yatırılması vasitəsilə Orta Dəhlizin bir hissəsi olmaqda maraqlıdır: "Biz Orta Dəhlizə sadəcə malların Asiyadan Avropaya daşınması üçün alternativ marşrut kimi baxmırıq. Biz infrastruktura investisiyalar yatırılması vasitəsilə Orta Dəhlizin bir hissəsi olmaqda maraqlıyıq".

N.Vik qeyd edib ki, hazırda bu sahədə iki layihə müzakirə olunur: "Bu layihələr Ələt limanında multimodal terminalların tikintisini nəzərdə tutur. Biz ümid edirik ki, bu layihələr uğurla reallaşdırılacaq və icra mərhələsinə keçmək üçün danışıqlar tezliklə yekunlaşacaq".

İcraçı direktor həmçinin bildirib ki, enerji infrastrukturunun yaradılmasına investorların cəlb edilməsi üçün müvafiq normativ tələblər və standartlar lazımdır: "Yaşıl enerji" dəhlizlərinin reallaşdırılması üçün yalnız dövlət investisiyaları kifayət etməyəcək, buna görə də özəl investisiyalara da ehtiyac olacaq".

Oxşar xəbərlər

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
"AHK Azerbaijan": Alman investorların Azərbaycanın enerji sektoruna dair məlumata ehtiyacı var
"AHK Azerbaijan": Almaniya və Azərbaycan ənənəvi ticarətdən kənara çıxmaq istəyir
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər