Oliver Hill: "VNG AG Azərbaycanla qaz tədarükünə dair uzunmüddətli sazişlər bağlamağa hazırdır"
Far.Az xəbər saytı

Oliver Hill: "VNG AG Azərbaycanla qaz tədarükünə dair uzunmüddətli sazişlər bağlamağa hazırdır"


Almaniyanın "VNG AG" şirkəti Azərbaycandan təbii qaz tədarükü üzrə 15-20 illik uzunmüddətli sazişlərin bağlanması imkanını nəzərdən keçirir.

"Far.Az" xəbər verir ki, bu barədə şirkətin baş vitse-prezidenti, korporativ inkişaf istiqamətinin rəhbəri və baş nümayəndəsi Oliver Hill Almaniya-Azərbaycan Əlaqəlilik Konfransı çərçivəsində keçirilən panel sessiyasında bildirib.

Onun sözlərinə görə, "VNG AG" və Azərbaycan arasındakı əməkdaşlıq həm qısamüddətli, həm də uzunmüddətli məqsədləri nəzərdə tutur: "Qısamüddətli vəzifə Avropanın etibarlı enerji, xüsusən də təbii qaz tədarükü ilə təmin edilməsindən ibarətdir. Uzunmüddətli məqsəd isə enerji sektorunun transformasiyası və qazıntı enerji mənbələrinin istifadəsindən dekarbonizasiya edilmiş enerji sisteminə keçiddən ibarətdir".

O.Hill bildirib ki, "VNG AG" bu ilin əvvəlindən artıq Azərbaycandan qaz idxal edir: "Bununla belə, tədarükün həcmi hələlik nisbətən azdır. Bu bir başlanğıcdır, ilk addımdır. Biz bu həcmləri artırmaq istərdik - bu, bizim məqsədlərimizdən və əməkdaşlığımızın mühüm tərkib hissələrindən biridir".

"Uzunmüddətli perspektivdə şirkət Avropa və Azərbaycan arasında enerji keçidinin inkişafında, o cümlədən dekarbonizasiya və müvafiq enerji qarşılıqlı əlaqəsinin yaradılması istiqamətində maraqlıdır. Xüsusilə, biz Azərbaycandan 15-20 il müddətinə qaz tədarükü üzrə uzunmüddətli sazişlər bağlamağa hazırıq", - Hill deyib.

O həmçinin qeyd edib ki, əməkdaşlığın mümkün istiqamətlərindən biri Azərbaycanın ölkə daxilində bərpa olunan enerji mənbələrinin inkişafına yönəltdiyi investisiyaların artırılması ola bilər.

Baş nümayəndənin sözlərinə görə, bu, Avropaya ixrac üçün əlavə təbii qaz həcmlərini sərbəstləşdirməyə, bu cür tədarüklərdən əldə olunan gəlirləri artırmağa və əldə edilən vəsaitləri Azərbaycanın enerji və digər infrastrukturunun inkişafına yönəltməyə imkan verərdi.

O.Hillin sözlərinə görə, uzunmüddətli perspektivdə belə infrastrukturun inkişafı Avropaya yeni növ enerji daşıyıcılarının, o cümlədən hidrogen və biometanın tədarükü üçün əlavə imkanlar yarada bilər.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər