"International Leasing"in səhmlərinə 3 investor maraq göstərib
Far.Az xəbər saytı

"International Leasing"in səhmlərinə 3 investor maraq göstərib


Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "İnternational Leasing" ASC-nin 1 milyon manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə "Far.Az"a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 50 manat olan 20 000 ədəd səhm abunə yazılışı üsulu ilə investorlara təklif olunub. Hərraca 3 investor 1 milyon manatlıq 3 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Bununla da, "International Leasing"in nizamnamə kapitalı 1 milyon manat və yaxud 2 dəfə artaraq 2 milyon manata çatıb.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"MJ Financial Services" BOKT-un səhmlərinə 2 investor maraq göstərib
Azərbaycanın kollektor agentliyinin səhmlərinə 3 investor maraq göstərib
"Neo" BOKT-un səhmlərinə 2 investor maraq göstərib
Nazir bu müəllimləri təltif edildi - ADLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər