Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb
Far.Az xəbər saytı

Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb


Ötən ay ərzində İnzibati Xətalar və Miqrasiya məcəllələrinin müvafiq maddələrinin tələblərini pozduqlarına görə 763 nəfərə ölkə ərazisinə girişin məhdudlaşdırılması qərarı verilib.

Bu barədə “Report”a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı 309, Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulma ilə bağlı 763 qərar qəbul edilib.

Bunlardan 689-u Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinin tələblərini pozmasına görə (Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə), 74-ü Miqrasiya Məcəlləsinin digər maddələrinin tələblərinin pozulmasına görə olub.

Oxşar xəbərlər

Ötən ay 1 337 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb
DMX: Ötən ay əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda yaşamaq üçün altı mindən çox müraciət ediblər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklər I oxunuşda qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər