"OpenAI"nin süni intellekt agentləri Avstraliyada iki dövlət qurumunun sisteminə müdaxilə edib
"ChatGPT" çatbotunun yaradıcısı "OpenAI" şirkətinin süni intellekt agentləri Avstraliyanın Yeni Cənubi Uels ştatında iki dövlət qurumunun veb-saytına icazəsiz müdaxilə edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisələrdən biri ötən həftə baş verib. Süni intellekt agenti ştatın Cinayət Statistikası və Tədqiqatları Bürosunun cinayət statistikasını araşdırmaq üçün nəzərdə tutulmuş açıq alətinə icazəsiz giriş əldə edib.
Digər süni intellekt agenti isə Milli Parklar və Vəhşi Təbiət Xidmətinin qorunan təbiət ərazilərindəki yanğınlarla bağlı açıq məlumatların saxlandığı veb-tətbiqə müdaxilə edib.
İkinci hadisənin hələ iyun ayında baş verdiyi, lakin "OpenAI" şirkətinin yerli hakimiyyət orqanlarını bu barədə yalnız oktyabrın 1-də məlumatlandırdığı bildirilir. Şirkət gecikməni mütəxəssislərin hadisəni təhlil etməsi ilə izah edib.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
60 ildir qorunan inanılmaz ÖZƏLLİK - Sakinlər də buna riayət edir
"Botanica Residence"nin rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Bakının iki rayonunda işıq kəsiləcək
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir
-
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
-
Portuqaliyalı hakim Qustavo Korreya ilk dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edəcək













