Abdurrəhman Rüstəmov: "Azərbaycanın bayrağını daha yüksəklərə qaldırmaq istəyirik"
Far.Az xəbər saytı

Abdurrəhman Rüstəmov: "Azərbaycanın bayrağını daha yüksəklərə qaldırmaq istəyirik"


Azərbaycan idmançıları Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda daha yaxşı nətiəcələr qazanmaq istəyirlər.

"Far.Az" xəbər verir ki, bunu Azərbaycan üzgüçüsü Abdurrəhman Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

O, Bakı Su İdman Sarayında keçirilən yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib:

"Çox həyəcanlıyıq, ilk dəfədir ki, Azərbaycanda üzgüçülük üzrə Dünya Kuboku keçirilir. Sevindirici haldır ki, bu gün Bakı Su İdman Sarayına çoxsaylı insanlar toplaşıb. Nəticəmizi yaxşı hesab edirəm. İnşallah, bundan da yaxşı nəticələrə imza atmaq və Azərbaycanın bayrağını yüksəklərə qaldırmaq istəyirik. Sabah 100 metr məsafəyə sərbəst üsulla üzəcəyəm. İnanıram ki, orada da ən azı finala yüksəlməyi bacaracam".

Qeyd edək ki, Abdurrəhman Rüstəmov 100 metr məsafəyə kəpənək üsulu ilə yarışda finala yüksəlməyi bacarıb. O, həlledici yarışda (53.51) 8-ci yeri tutub.

Oxşar xəbərlər

Azərbaycan üzgüçüsü III MDB Oyunlarında qızıl medal qazanıb
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Azərbaycan gimnastları Dünya Kubokunda daha bir medal qazanıblar - YENİLƏNİB - 2
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda üçüncü yarış günü başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər