London və Bakı strateji tərəfdaşlıq haqqında sənədin mətnini razılaşdırıb
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıq haqqında sənədin mətnini razılaşdırıb.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Sahibkarlıq, İnnovasiyalar, Elm və Ticarət Nazirliyinin ticarət üzrə dövlət naziri lord Anas Sarvar Azərbaycan və Böyük Britaniya arasındakı Hökümətlərarası Komissiyanın 8-ci iclasında bildirib.
Dövlət naziri xatırladıb ki, ötən il Bakı və London münasibətləri strateji tərəfdaşlıq səviyyəsinədək inkişaf etdirmək barədə razılığa gəliblər.
"Məmnuniyyətlə bildirirəm ki, biz bu tərəfdaşlığın mətnini razılaşdırmışıq və bu sazişi birlikdə imzalamaları üçün bizim baş nazirimizin Endi Börnhemin və ölkənizin prezidentinin İlham Əliyevin görüşünü səbirsizliklə gözləyirəm", – o deyib.
Sarvarın sözlərinə görə, Böyük Britaniya və Azərbaycan Birgə Hökumətlərarası Komissiyasının 8-ci iclasına həmsədrlik etmək onun üçün həm də böyük şərəfdir.
"Komissiyanın bu iclası iki ölkəmiz arasındakı münasibətlərin mühüm bir məqamında, bəlkə də tariximizdəki ən əhəmiyyətli dönüş nöqtələrindən birində keçirilir. Ötən il Böyük Britaniya və Azərbaycan münasibətlərimizin səviyyəsini strateji tərəfdaşlığadək yüksəltmək barədə razılığa gəldilər. O vaxtdan bəri ölkələrimizin hökumətləri bu sazişi və tərəfdaşlığımızı real məzmunla doldurmaq üzərində fəal şəkildə işləyiblər", – britaniyalı nazir qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyasının 6-cı iclası keçirilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
-
Taliban: Əfqanıstanda sülh bərqərar olub, ölkə dünya ticarətinin tranzit mərkəzinə çevrilə bilər
-
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi













