"Euronews": Avropa Komissiyası komissarların sayını azaltmağı təklif edir
Avropa Komissiyası (AK) Avropa İttifaqını (Aİ) 30 və daha çox ölkəyə qədər mümkün genişlənməyə hazırlamaq üçün komissarların sayını azaltmağı və bir sıra qərarlar üzrə yekdillik prinsipindən imtina etməyi təklif edir.
"Far.Az" "Euronews"a istinadən xəbər verir ki, AK-nın müvafiq təklifləri Aİ-nin strukturlarının və qərar qəbuletmə prosesinin mümkün genişlənməyə uyğunlaşdırılması üzrə irimiqyaslı tədbirlər paketi çərçivəsində təqdim olunub.
Xüsusilə, AK üzvlərinin sayının azaldılması, habelə yekdillik prinsipi əvəzinə ixtisaslı səs çoxluğu ilə səsvermənin tətbiqinin genişləndirilməsi təklif edilir. Bu təşəbbüslərin Aİ ölkələrində müzakirələrə səbəb olacağı gözlənilir, çünki onların həyata keçirilməsi üçün üzv dövlətlərin razılığı tələb olunacaq.
"Əsas sual bundan ibarət idi: Aİ növbəti genişlənməyə hazırdırmı? Və cavab birmənalı şəkildə müsbətdir: gələcək genişlənmə mümkündür. Bizim qiymətləndirməmiz göstərir ki, siyasətin əksər sahələrində Aİ artıq genişlənməyə hazırdır", - genişlənmə məsələləri üzrə Avropa komissarı Marta Kos jurnalistlərə bildirib.
Aİ diplomatları hesab edirlər ki, üzv dövlətlər təklif olunan dəyişikliklərlə çətin ki, asanlıqla razılaşsınlar.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir
-
Yunanıstan və ABŞ Rubionun Afinaya səfəri zamanı üç sənəd imzalayacaqlar













