Pakistan XİN: Hər üç ölkə Məkkə sazişinə sadiqdir
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiəyə qəti sadiqdir və təhdidlərlə mübarizədə vahid mövqedən çıxış edəcək.
"Far.Az" xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) Məkkə sazişi çərçivəsində ortaq müdafiə məqsədilə yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin Ər-Riyadda keçirilən növbəti iclasının yekunlarına dair "X" sosial şəbəkə hesabında yaydığı bəyanatda deyilir.
"Komitə kollektiv müdafiə öhdəliklərinin dərhal praktiki icrasına keçməyə və zəruri tədbirlər görməyə qərar verib", - Pakistan XİN-dən bildirilib.
Hər bir tərəfin təhlükəsizliyinin üç ölkənin kollektiv təhlükəsizliyinin ayrılmaz hissəsi olduğu təsdiqlənib. İclasın Səudiyyə Ərəbistanı Krallığının üzləşdiyi təhlükəsizlik prosesləri (husilərin hücumları) və təhdidləri həll etmək məqsədilə keçirildiyi vurğulanıb:
"Tərəflər həmçinin Məkkə və Mədinəni hədəf alma cəhdini, eləcə də Krallıqdakı şəhərləri, mülki və iqtisadi obyektlərə davamlı hücumları ən kəskin şəkildə qınayaraq, Krallığın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı hər hansı hücumu və ya təhdidi birmənalı şəkildə rədd etdiklərini bir daha təsdiqləyiblər".
🔊PR No.2️⃣7️⃣5️⃣/2️⃣0️⃣2️⃣6️⃣ Joint Statement: Emergency Meeting of the Strategic Political and Defense Committee of the Makkah Alliance for Defence, Riyadh -5 October, 2026 🔗⬇️ https://t.co/ynFYzqILzc
— Ministry of Foreign Affairs - Pakistan (@ForeignOfficePk) October 5, 2026
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Albaniyada 127 gündür, etirazlar davam edir
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib
-
Braziliyada prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
-
Atası ilə son danışığından üç gün sonra şəhid oldu: Fərid Məmmədzadənin həyat hekayəsi
-
Merve Özbey səhnədən yıxıldı - Qolu sındı













