Azərbaycanla Serbiya arasında tərəfdaşlığın inkişafı müzakirə olunub
Far.Az xəbər saytı

Azərbaycanla Serbiya arasında tərəfdaşlığın inkişafı müzakirə olunub


Serbiya Xarici İşlər Nazirliyinin baş katibi Duşan Kozarev Bakıda Azərbaycan Milli Məclisinin Beynəlxalq və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov və Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevlə görüşüb və tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın inkişafını müzakirə ediliblər.

Bu barədə "Report"un Balkan bürosuna Serbiya Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, görüş D. Kozarevin Azərbaycanda itkin düşmüş şəxslər üzrə konfransda iştirak etmək məqsədilə Bakıya səfəri çərçivəsində keçirilib.

Tərəflər görüş zamanı Serbiya ilə Azərbaycan arasında dostluq münasibətlərini, yüksək səviyyəli qarşılıqlı anlaşmanı və beynəlxalq hüququn əsas prinsiplərinə hörmətə sadiqliyi təsdiqləyiblər.

Həmçinin iki ölkə arasında strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsinə qarşılıqlı hazırlıq ifadə olunub.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər