Nikaraqua Mərkəzi Amerika Parlamentindən çıxıb
Far.Az xəbər saytı

Nikaraqua Mərkəzi Amerika Parlamentindən çıxıb


Nikaraqua Mərkəzi Amerika Parlamentində (PARLACEN) iştirakını dayandırır.

"Far.Az"un "El 19 Digital" portalına istinadən məlumatına görə, hökumətin qərarını ölkəni regional təşkilatda təmsil edən 38 nikaraqualı deputat dəstəkləyib.

Daha əvvəl nikaraqualı həmsədr Rosario Murillo PARLACEN rəhbərliyinə ölkənin təşkilatın fəaliyyətini tənzimləyən müqaviləni ləğv etməsi barədə artıq məlumat verildiyini açıqlayıb.

Onun sözlərinə görə, Mərkəzi Amerika Parlamenti region əhalisinin maraqları naminə öz funksiyalarını tam yerinə yetirmir.

PARLACEN-ə Qvatemala, Salvador, Honduras, Nikaraqua, Panama və Dominikan Respublikası daxildir. Təşkilatın qərarları tövsiyə xarakteri daşıyır.

Oxşar xəbərlər

Digital Move: 2351 metr yüksəklikdə elektron musiqi, dağ və rəqəmsal mədəniyyət
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər