Keçmiş MKİ əməkdaşı 40 milyon dollarlıq qızıl külçələrin mənimsənilməsini etiraf edib
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yüksək rütbəli keçmiş əməkdaşı Devid Raş şəxsi varlanmaq məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini və Florida ştatında daşınmaz əmlak, həmçinin ümumi dəyəri 40 milyon dollar olan yüzlərlə qızıl külçə əldə etdiyini etiraf edib.
"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Virciniya ştatının Aleksandriya şəhərində keçirilən məhkəmə iclasında Raş bildirib ki, şəxsi varlanmaq məqsədilə sonradan yenidən satmaq niyyətində olduğu lüks daşınmaz əmlakı əldə etməsini əsaslandırmaq üçün "tam məxfi" hökumət proqramı uydurub.
O, həmçinin qızıl külçələrə sahib olmaq üçün saxta "məxfi hökumət proqramı" hazırlayıb.
Məhkəmə sənədlərinə əsasən, Raş bir neçə ay əvvəl dövlət müqaviləsi çərçivəsində 100 milyon dolları dələduzluq yolu ilə əldə etməyə cəhd göstərib. İstintaqın versiyasına görə, o, federal hökumətə məxsus 40 milyon dollardan çox dəyərində qızıl külçələri Virciniyadakı evində gizlədib.
Raş istintaqçılar evində axtarış apardıqdan sonra həbs edilib. Axtarış zamanı təxminən 300 qızıl külçə, 2 milyon dollar nağd pul və 35-ə yaxın lüks saat aşkarlanaraq götürülüb.
İyunda keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin vəkili Cessika Karmaykl bildirib ki, əvvəlcə qızıl külçələrin aşkarlanması ilə bağlı Raşa hər hansı cinayət ittihamı irəli sürülməyib. Vəkil bunu "mahiyyət etibarilə əhəmiyyətsiz məsələ" və "sadəcə maraqlı detal" adlandırıb.
Hakim Maykl Naxmanoffun Raşa hökmü 2027-ci il yanvarın 28-də elan edəcəyi gözlənilir.
Oxşar xəbərlər
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
"Bank Respublika" "Qızıl Seçim" lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq
-
İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi
-
İrançılıq düşüncəsinin paradoksları













