ABŞ ordusu Okinavadakı hərbçilər üçün komendant saatı tətbiq edib
Far.Az xəbər saytı

ABŞ ordusu Okinavadakı hərbçilər üçün komendant saatı tətbiq edib


ABŞ Silahlı Qüvvələrinin Okinavadakı komandanlığı yerli sakinin qətlə yetirilməsi ittihamı ilə dəniz piyadasının həbsindən sonra hərbçilər üçün komendant saatı tətbiq edib.

"Report" xəbər verir ki, bu barədə Okinava prefekturasında fəaliyyət göstərən ABŞ Dəniz Piyadaları Korpusunun quru əməliyyat qrupunun X sosial şəbəkəsindəki hesabında məlumat verilib.

Məlumata görə, oktyabrın 7-si saat 12:00-dan oktyabrın 9-u saat 12:00-dək Okinavadakı bütün ABŞ hərbçiləri üçün davranış qaydaları və intizamla bağlı məcburi təlim keçiriləcək. Təlim müddətində hərbçilərin bütün xidmətdənkənar fəaliyyətləri, o cümlədən bazalardan kənara şəxsi səfərləri dayandırılacaq.

Təlim başa çatdıqdan sonra isə hərbçilər üçün bir ay müddətinə komendant saatı tətbiq ediləcək.

"Oktyabrın 9-u cümə günündən etibarən 30 günlük düşünmə dövrü başlayacaq. Bu müddət ərzində komendant saatı tətbiq ediləcək və alkoqoldan istifadəyə məhdudiyyət qoyulacaq. Hərbçilərə saat 00:00-dan 05:00-dək bazadan kənarda olmaq və spirtli içki qəbul etmək qadağan ediləcək", - deyə məlumatda bildirilib.

Komandanlığın hərbçilərin baza ərazisindən kənarda davranışlarına nəzarəti də gücləndirəcəyi qeyd olunub.

Oxşar xəbərlər

WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Məktəbin ilk günündən FOTOLAR
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
F1: Azərbaycan Qran-prisinin ilk günündən - FOTOREPORTAJ
Bakıda WUF13-ün ikinci günündən FOTOREPORTAJ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər