Messi Argentina millisində vida matçını keçirib
Argentina futbol millisi ulduz hücumçu Lionel Messinin yığma komandadakı vida matçında Benin seçməsini 3:0 hesabı ilə məğlub edib.
"Far.Az" xəbər verir ki, Buenos-Ayresdəki "Monumental Antonio Vespussi Liberti" stadionunda keçirilən qarşılaşmadan əvvəl tribunaya Messinin 10 nömrəli formasının və "GRACIAS" yazısının əks olunduğu nəhəng banner açılıb.
Matçın 10-cu dəqiqəsində oyun dayandırılıb və Argentina millisinin 10 nömrəli futbolçusu növbəti dəfə alqışlarla yola salınıb. Bir dəqiqə ərzində stadionda olan azarkeşlər və hər iki komandanın futbolçuları Messini alqışlayıblar.
İlk hissə qolsuz başa çatıb. İkinci hissədə Nikolas Otamendi, Niko Pas və Lionel Messi fərqləniblər. Görüşün əsas qəhrəmanı olan Messi isə vurulan hər üç qolda iştirak edib və iki məhsuldar ötürmə verib.
Əfsanəvi hücumçu Argentina millisində ilk oyununu 2005-ci ilin avqustunda Macarıstana qarşı keçirilən yoldaşlıq görüşündə (2:1) keçirib. Messi yığmanın heyətində ümumilikdə 208 matçda 126 qol vurub və 69 məhsuldar ötürmə edib.
O, Argentina ilə 2022-ci ildə dünya çempionu olub, iki dəfə Amerika Kubokunu (2021, 2024) və 2022-ci ildə Finalissimani qazanıb.
Messi daha əvvəl 2026-cı il dünya çempionatından sonra Argentina millisində çıxışını başa çatdıracağını açıqlayıb.
Oxşar xəbərlər
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb
Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazanıb - YENİLƏNİB-3
Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazanıb - YENİLƏNİB
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq
-
Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur













