8 Tacikistan vətəndaşı Azərbaycanda təhsil alacaq
Far.Az xəbər saytı

8 Tacikistan vətəndaşı Azərbaycanda təhsil alacaq


"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş" çərçivəsində 2026-2027-ci tədris ili üzrə 8 nəfər Tacikistan Respublikası vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Əcnəbi tələbələr Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Tibb Universitetində bakalavriat və magistratura səviyyələrində təhsil alacaqlar. Tədris proqramları humanitar və sosial, texniki və texnoloji, iqtisadiyyat və idarəetmə, əsas (baza ali) tibb təhsili ixtisas istiqamətlərini əhatə edəcək.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ankarada azərbaycanlı tələbələr "Bir şəhər, iki baxış" fotomüsabiqəsində mükafatlandırılıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər