Nazir: Banklar, BOKT-lar təminatsız kreditlər verdiyindən onların geri qaytarılmasında çətinliklərlə üzləşirlər
1 milyon 90 min icra sənədinin 60 %-dən çoxu pul tələbləri ilə bağlı olan işlərdir.
Bunu "Report" və İTV-yə müsahibəsində ədliyyə naziri Fərid Əhmədov deyib.
"Pul tələblərinin 520 mindən artıq hissəsi cəmi 40 subyekti əhatə edir. Başqa sözlə, cəmi 40 hüquqi şəxs 520 min icra sənədi üzrə tələbkar qismində çıxış edir. Bunlar, əsasən, banklar, bank olmayan kredit təşkilatları (BOKT), məişət avadanlığının satışı ilə məşğul olan subyektlər və digər hüquqi şəxslərdir".
Nazir deyib ki, burada, əsasən, bankların və BOKT-ın təminatsız kreditlər verdiyini, sonra o kreditlərin geri qaytarılmasında çətinliklərlə üzləşdiyi hallar görünür.
"Belə hallarda onlar məhkəməyə müraciət edirlər. Məhkəmə qərarı qəbul edildikdən sonra həmin icra sənədi bizim icraata daxil olur və nəticədə iş yükümüz kəskin şəkildə artır".
Fərid Əhmədov qeyd edib ki, nazirlik əsla ölkədə kreditlərin verilməsinin əleyhinə deyil:
"Bu, iqtisadi dövriyyəni təşviq edən amillərdəndir. Lakin hər hansı bir sahibkarlıq subyektinin öz riskini düzgün idarə etməməsi nəticəsində dövlət qurumunun yüklənməsinin əleyhinəyik. "Xüsusi icra məmurları" haqqında qanunun da məqsədi və məntiqi bundan ibarətdir ki, hər hansı bir subyekt öz riskini düzgün idarə etməməsi nəticəsində ona münasibətdə borc yaranırsa, bununla bağlı olan xərcləri həmin subyekt özü çəkməlidir".
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.
Oxşar xəbərlər
Ədliyyə sistemində institusional islahatlar və tətbiq edilən yeni yanaşmalar – ədliyyə naziri Fərid Əhmədovla geniş müsahibə
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Təkcə altı ayda 37% artım" - Problemli kreditlərin artmasının əsas AMİLLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb













