Tramp Türkiyə və Pakistanın Səudiyyə Ərəbistanına mümkün hərbi yardımını müsbət qiymətləndirib
Far.Az xəbər saytı

Tramp Türkiyə və Pakistanın Səudiyyə Ərəbistanına mümkün hərbi yardımını müsbət qiymətləndirib


ABŞ Prezidenti Donald Tramp Türkiyə və Pakistan tərəfindən Səudiyyə Ərəbistanına hərbi dəstək imkanını müsbət qiymətləndirib.

"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, Trampbu barədə Ağ Evin qarşısında jurnalistlərə deyib.

"Düşünürəm ki, onlar Səudiyyə Ərəbistanına kömək etmək istəyirlər. Məncə, bu, əladır", - o, Məkkə sazişinin şərtlərinə əsasən, Türkiyə və Pakistan qüvvələrinin Səudiyyə Ərəbistanında yerləşdirilməsi imkanı ilə bağlı sualı cavablandırarkən bildirib.

Xatırladaq ki, avqustun 7-də Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan kollektiv müdafiə haqqında saziş imzalayıb. Razılaşmaya əsasən, iştirakçılardan birinə hücum hər üç ölkəyə hücum kimi qiymətləndiriləcək.

Daha sonra - oktyabrın 5-də Məkkə alyansının Strateji Siyasi və Müdafiə Komitəsinin iclasının yekunlarına əsasən, Türkiyə və Pakistan hərbçilərinin Səudiyyə Ərəbistanında yerləşdirilməsi haqqında qərar qəbul edilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Ukrayna və Azərbaycan səhiyyə nazirləri saziş imzalayıb, əməkdaşlıq genişləndirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər