Maaşlar 15-20 faizə qədər arta bilər - SEVİNDİRİCİ XƏBƏR
Far.Az xəbər saytı

Maaşlar 15-20 faizə qədər arta bilər - SEVİNDİRİCİ XƏBƏR


"2027-ci ildə minimum əməkhaqqının artırılması ilə bağlı müxtəlif ssenarilər nəzərdən keçirilə bilər. Mövcud qaydalara əsasən, artım müəyyən göstəricilər və indekslər nəzərə alınmaqla hesablanır".

BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.

Onun sözlərinə görə, ötən il bu göstərici 9,3 faiz təşkil edib. Həmin dövrdə pensiyalarda indeksasiya aparılsa da, minimum əməkhaqqında artım həyata keçirilməyib:

"2026-cı il isə hələ yekunlaşmadığından, gələn il üçün dəqiq artım faizini indidən müəyyənləşdirmək mümkün deyil. Lakin mövcud tendensiyalar və gözləntilər nəzərə alınarsa, 2027-ci ildə həm əvvəlki ilin indeksasiyası, həm də yeni indeks göstəricisinin hesablanması nəticəsində minimum əməkhaqqının təxminən 15-20 faiz artırılması mümkündür.

Artımlar yalnız vətəndaşların gəlirlərinə deyil, ümumilikdə iqtisadi proseslərə də təsir göstərə bilər. Minimum əməkhaqqının yüksəldilməsi özəl sektorda əmək münasibətlərinin rəsmiləşdirilməsini sürətləndirə, qeyri-rəsmi məşğulluğun azalmasına və iqtisadiyyatda şəffaflığın artmasına şərait yarada bilər.

Eyni zamanda, əməkhaqlarının rəsmi şəkildə artırılması insanların istehlak imkanlarının genişlənməsinə və istehlak kreditlərinə çıxışın artmasına səbəb ola bilər. Bu amillər də iqtisadi aktivliyin yüksəlməsinə təsir göstərən mühüm faktorlardan hesab olunur.

2027-ci il dövlət büdcəsində sosialyönümlü xərclərin payının 44 faiz olması da sosial istiqamətin prioritet olaraq saxlanıldığını göstərir. Bu çərçivədə gələn il əməkhaqları ilə yanaşı, pensiya və müavinətlərdə də dəyişikliklərin öz əksini tapması gözlənilə bilər".

Orxan Hüseyn

Oxşar xəbərlər

Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər