"Reuters" Aİ-nin Rusiyaya qarşı 22-ci sanksiyalar paketinin detallarını açıqlayıb - YENİLƏNİB
Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələri çərşənbə günü əksəriyyəti Rusiyanın hərbi-sənaye kompleksinə aid olan 22-ci sanksiyalar paketini təsdiqləyiblər.
"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" üç avropalı diplomata istinadən məlumat yayıb.
Qeyd olunub ki, yeni sanksiya siyahısına 1646 şəxs və şirkət daxil ediləcək.
"Ona əlavə edilmiş hüquqi və fiziki şəxslərin yarısından çoxu yalnız Amerika istehsalı olan "Patriot" HHM sistemləri tərəfindən ələ keçirilə bilən "9M723" - "İsgəndər-M" kimi Rusiya ballistik raketlərinin istehsal zəncirinə cəlb olunub", - məqalədə bildirilib.
Sanksiya siyahısına raketlərin sınaqdan keçirilməsi və tədqiqi, eləcə də Rusiyanın "İsgəndər" sistemi üçün bərk yanacaq və raket mühərriklərinin istehsalı ilə məşğul olan təşkilatlar da düşüb. Mənbələrdən biri bildirib ki, Aİ həmçinin müxtəlif raket sistemlərində istifadə olunan ixtisaslaşdırılmış tekstil, eləcə də sintetik və karbon lifləri istehsalçılarına qarşı sanksiyalar tətbiq edir.
Bundan əlavə, siyahıda pilotsuz uçuş aparatları (PUA) istehsalçıları, sualtı qayıqlara xidmət göstərən tərsanələr və Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində parlamentə namizədliyini irəli sürən 77 rusiyalı siyasətçi yer alır.
Sanksiyalar rəsmi olaraq bazar ertəsi Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündə qəbul ediləcək.
Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiyanın müdafiə sektoru ilə əlaqəli 1,5 mindən çox şirkət və fiziki şəxsin daxil olacağı 22-ci sanksiyalar paketini razılaşdırıblar.
"Far.Az" xəbər verir ki, bu barədə TASS-a Avropadan olan mənbə bildirib.
"Səfirlər 1500-dən çox müəssisə və fiziki şəxsin qara siyahıya salınmasını razılaşdırıblar", - o qeyd edib.
Həftənin sonunadək paketin Aİ Şurası tərəfindən təsdiqlənəcəyi və qüvvəyə minəcəyi gözlənilir.
Oxşar xəbərlər
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: Ukraynadakı müharibə sona yaxınlaşır
-
QMİ sədri: Süni intellekt insanı ibadətdə əvəz etməməlidir
-
Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
-
Messi Argentina millisinin DÇ-2026 finalında məğlubiyyətinin səbəbini açıqladı
-
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
-
Şamil Ayrım: Türkiyəyə qarşı soyqırım iddiasının obyektiv araşdırılması üçün arxivlərin açılması zəruridir













