Albaniyada 130 gündür, etirazlar davam edir
Far.Az xəbər saytı

Albaniyada 130 gündür, etirazlar davam edir


Albaniyanın paytaxtı Tiranada Adriatik dənizi sahilindəki təbiəti mühafizə zonasında böyük turizm kompleksinin tikintisi planlarına görə başlayan hökumət əleyhinə aksiyalar ardıcıl 130-cu gündür ki, keçirilir.

"Far.Az" ATA agentliyinə istinadən xəbər verir ki, aksiya iştirakçıları hökumət binasına doğru istiqamətləniblər.

Etirazçılar baş nazir Edi Ramanın istefasını, seçki qanunvericiliyinin dəyişdirilməsini və mühafizə olunan təbii ərazilər haqqında qanuna edilən düzəlişlərin ləğvini tələb edirlər.

Aksiyalar mayın sonlarında inşaatçıların kurort tikintisi üçün ayrılmış ərazini tikanlı məftillə hasarlayaraq çimərliyə girişi məhdudlaşdırmasından sonra başlayıb. Etirazlara ekoloji təşkilatlar da qoşulub.

Sözügedən təbiəti mühafizə zonasında məskunlaşan çəhrayı flaminqolar aksiyaların simvollarından birinə çevrilib və bununla əlaqədar etiraz hərəkatı bir sıra Qərb mediasında "flaminqo inqilabı" adını alıb.

Albaniya hakimiyyəti etirazlara baxmayaraq, layihəni həyata keçirmək niyyətində olduğunu bildirib.

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
"Global Media Group" "Xəzəri qoruyaq" ekoloji aksiyasına qoşulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər