Keniyada eboladan ilk ölüm halı qeydə alınıb
Far.Az xəbər saytı

Keniyada eboladan ilk ölüm halı qeydə alınıb


Keniyada ebola virusuna ilk yoluxma halı qeydə alınıb və bu, pasiyentin ölümü ilə nəticələnib.

"Far.Az" "Africanews"a istinadən xəbər verir ki, bu barədə Keniyanın səhiyyə naziri Eyden Duale bildirib.

"Keniyada ebola epidemiyası yoxdur. Bizdə ayrı bir yoluxma halı qeydə alınıb və pasiyentin bütün marşrutunu izləyə bilərik", - nazir vurğulayıb.

Onun sözlərinə görə, xəstələnən şəxs Keniyaya Uqandadan keçməklə Konqodan gəlib. Nayrobiyə çatdıqdan sonra xəstəxanaya yerləşdirilib, lakin həkimlər pasiyenti xilas edə bilməyiblər.

Rəsmilər yoluxmuş şəxslə təmasda olan 57 nəfəri müəyyənləşdiriblər. Onlardan on nəfəri Nayrobidəki Milli Polis Xidməti Xəstəxanasında gündəlik tibbi nəzarət altında karantindədir. Qalan 47 nəfərin yeri isə müəyyənləşdirilir.

Ebola şübhəsi olan pasiyentlərin qəbulu üçün beş tibb müəssisəsi hazırlanıb.

Bundan əlavə, ölkədə hava limanları və sərhəd məntəqələrində sanitar nəzarət gücləndirilib.

Oxşar xəbərlər

Rəsmilər Şəhidlər xiyabanında
Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
"Yalama" sərhəd komendantlığı xidməti istifadəyə verilib
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər