TDT ölkələri vahid xəritə və coğrafi adların kataloqunu yaradacaq
Far.Az xəbər saytı

TDT ölkələri vahid xəritə və coğrafi adların kataloqunu yaradacaq


Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr ortaq xəritənin və coğrafi adların vahid kataloqunun hazırlanması barədə razılığa gəlib.

"Report"un Qazaxıstan bürosu xəbər verir ki, müvafiq razılaşmalar TDT ölkələrinin kartoqrafiya qurumları rəhbərlərinin Astanada keçirilən 3-cü görüşünün yekunlarına əsasən əldə olunub.

Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin məlumatına görə, tədbirdə Türkdilli dövlətlərinin aidiyyəti qurumlarının nümayəndələri, eləcə də TDT baş katibinin müavini Nuru Quliyev iştirak ediblər.

Görüşdə müzakirə olunan əsas məsələlərdən biri TDT dövlətlərinin kartoqrafik məlumatlarını vahid informasiya məkanında birləşdirəcək əsas ümumtürk xəritəsinin yaradılması olub. İşçi qrupuna layihəni tamamlayaraq növbəti iclasda təqdim etmək tapşırılıb.

İştirakçılar həmçinin coğrafi adların vahid kataloqu üzərində işi davam etdirmək, geodeziya, kartoqrafiya və rəqəmsal məkan məlumatları sahəsində texnologiya və təcrübə mübadiləsini genişləndirməklə bağlı razılığa gəliblər.

Bundan başqa, birgə kartoqrafik layihələrin əlaqələndirilməsi üçün TDT Katibliyi yanında xüsusi bölmənin yaradılması imkanının nəzərdən keçirilməsi təklif edilib.

Görüşün sonunda tərəflər gələcək əməkdaşlıq və birgə təşəbbüslərin həyata keçirilməsinə dair razılaşmaları təsbit edən bəyannamə imzalayıblar.

TDT-nin kartoqrafiya qurumları rəhbərlərinin növbəti görüşü 2027-ci ildə Qırğızıstanda keçiriləcək.

Oxşar xəbərlər

Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər