Murad Fətiyev: "Dünya çempionatında medallarımızın sayı daha çox olacaq"
Far.Az xəbər saytı

Murad Fətiyev: "Dünya çempionatında medallarımızın sayı daha çox olacaq"


Dünya çempionatında Azərbaycan cüdoçularının medallarının sayı artacaq.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bürünc medal qazanan Azərbaycan idmançısı Murad Fətiyev (90 kq) jurnalistlərə açıqlamasında deyib.

O, üçüncü yer uğrunda qarşılaşmanın gərgin keçdiyini bildirib:

"Bu, çox ağır keçən bir dünya çempionatıdır. Komanda olaraq bu mundiala çox ciddi hazırlaşmışıq. 5-6 ay ciddi hazırlıq keçdik. Şükürlər olsun, komanda olaraq hər birimiz yaxşı çıxış edirik. Ümidimiz var ki, növbəti günlərdə də medallarımızın sayı artacaq. Mənim atam da cüdoçu olub. Onun ən böyük arzusu idi ki, dünya mükafatçısı olum. Tatami üzərinə çıxarkən atamı düşündüm".

Qeyd edək ki, M. Fətiyev bürünc medal uğrunda görüşdə serbiyalı Nemanya Maydovu məğlub edib.

Oxşar xəbərlər

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb - YENİLƏNİB-4
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB-2
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər