Keniya mətbuatında Azərbaycanla ikitərəfli əlaqələr haqqında silsilə məqalələr dərc olunub
Far.Az xəbər saytı

Keniya mətbuatında Azərbaycanla ikitərəfli əlaqələr haqqında silsilə məqalələr dərc olunub


Keniyanın geniş oxuyucu kütləsinə malik "Tuko", "The Star", "KBC" xəbər saytları və bir sıra bloqlarda Azərbaycan və Keniya arasında son illərdə dinamik inkişaf edən münasibətlərə həsr edilmiş məqalələr nəşr olunub.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Keniya Prezidenti Uilyam Samoei Rutonun WUF13-də iştirak etmək üçün Bakıya səfəri və bu zaman Azərbaycanın Prezidenti İlham Əliyev ilə keçirilən ikitərəfli görüşün töhfələri vurğulanıb. Həmçinin, 2025-ci ildə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Keniyaya ilk rəsmi səfərinin nəticələri barədə məlumat verilib.

Məqalələrdə Azərbaycan ilə Keniya arasında əməkdaşlığın gücləndirilməsi üçün neft-qaz, energetika, müdafiə, ticarət, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar, dayanıqlı şəhərsalma kimi prioritet sahələrin əhəmiyyəti qeyd olunub. Eyni zamanda, parlament, məhkəmə, prokurorluq, penitensiar xidmət, humanitar minatəmizləmə kimi müstəvilər üzrə mövcud əlaqələr iki ölkənin hərtərəfli işbirliyinə marağı olaraq səciyyələndirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2024-cü ilin dekabr ayında Keniyaya səfəri zamanı, eləcə də AİDA vasitəsi ilə Azərbaycanın bu ölkədə təhsil, gənclərin inkişafı, mədəniyyət və səhiyyə sahələrində humanitar yardım fəaliyyəti oxuculara təqdim olunub. "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində keniyalı gənclərə verilən təhsil təqaüdlərinin iki ölkənin xalqları arasında dostluq və tərəfdaşlıq bağlarının güclənməsi üçün mühüm vasitə olduğu bildirilib.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər