Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb
Far.Az xəbər saytı

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb


Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu və kapitanı, beşqat "Qızıl top" sahibi Kriştianu Ronaldu Portuqaliya millisinin düşərgəsini qəfildən tərk etdiyinə görə üzr istəyib.

"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, bu barədə portuqaliyalı futbolçunun yaydığı bəyanatda deyilir.

"Mənə verilən sözün pozulmasını gözləmədən millinin düşərgəsini tərk etmək qərarına gəldim. Onlar bir ağızdan mənim yerimin millidə olduğunu deyirdilər. Demək olar ki, 25 illik karyeram ərzində heç vaxt hansısa məşqçinin hər hansı texniki və ya taktiki qərarlarına qarışmamışam.

Komandanın düşərgəsini tərk etdiyimə görə milli komandadakı yoldaşlarımdan üzr istəməliyəm. Portuqaliya xalqından bir daha üzr istəyirəm, lakin verilən sözün tutulmaması mənim üçün həlledici əhəmiyyət kəsb edir. Məşqçinin mənə verdiyi sözü pozmasına baxmayaraq, bu söhbətlərin şahidi olanların təsdiq edə biləcəyi kimi, mən belə hərəkət etməməli idim. Məsuliyyət tamamilə mənim üzərimdədir", - Ronaldu bildirib.

Öz müraciətində o, millinin sıralarını birdəfəlik tərk etmək fikrində olmadığını və istənilən vaxt qayıtmağa hazır olduğunu vurğulayıb.

"Bütün azarkeşlərimə, təbii ki, xüsusən də bütün portuqaliyalılara söz verə bilərəm ki, bizim bir və ya bir neçə vida matçımız olacaq; bunun üçün hələ vaxt var. Buna görə də, yaxşı fiziki formada olsam, klubum üçün oynayacaq, qollar vuracağam. Mənə tətbiq edilə biləcək diskvalifikasiyadan sonra, millimiz adına yarışmaq və qalib gəlmək üçün bu günə qədər həmişə olduğu kimi hazır olacağam", - o deyib.

Daha əvvəl 41 yaşlı Ronaldu bildirib ki, futbolçuya əsas heyətdə yer zəmanəti verməyən baş məşqçi Jorje Jezuşun mətbuat konfransından sonra Portuqaliya millisinin düşərgəsini tərk edib. Hücumçu sentyabrın 27-də portuqaliyalıların 2:1 hesablı qələbəsi ilə başa çatan Millətlər Liqası çərçivəsində Norveç komandası ilə matçda meydana çıxmayıb.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər