Mariam Kvrivişvili: "Gürcüstan Dəmir Yollarına üç il ərzində 800 milyon dollara yaxın investisiya yatırılacaq"
Gürcüstan Dəmir Yollarının modernləşdirilməsi və inkişafı üçün qarşıdakı üç il ərzində təqribən 2 milyard lari (769,8 milyon ABŞ dolları) həcmində investisiya qoyuluşu nəzərdə tutulur.
"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Dəmiryolçular Gününə həsr edilmiş tədbirdə bildirib.
"Artıq 50-dək yeni lokomotiv və 10 sərnişin qatarının satın alınması prosesi başladılıb. Gürcüstan Dəmir Yollarının sifariş etdiyi 200 yeni yük vaqonundan ilk 50-si təqdim olunub və onlar artıq daşıma əməliyyatlarına qoşulub", - M.Kvrivişvili qeyd edib.
Nazirin sözlərinə görə, dekabr ayından başlayaraq tarixi Borjomi-Bakuriani dəmir yolu xəttinin – xalq arasında "Kukuşka" adı ilə məşhur olan marşrutun yenidən istifadəyə verilməsi planlaşdırılır. O bildirib ki, bərpa işləri tamamlanmaq ərəfəsindədir. Marşrut üçün xüsusi olaraq seçilmiş vaqonların dizaynında Bakurianinin təbii landşaftı və tarixi özəllikləri əks etdirilib. M.Kvrivişvili əlavə edib ki, layihənin hədəfi təkcə dəmir yolu xəttini yenidən işə salmaq deyil, eyni zamanda bu marşrutun tarixi ab-havasını qoruyub saxlamaq və onu gələcək nəsillərə çatdırmaqdır.
Nazir 154 illik tarixə sahib olan Gürcüstan Dəmir Yollarının ölkənin iqtisadi tərəqqisində və regional nəqliyyat sistemində əhəmiyyətli rol oynadığını qeyd edib.
M.Kvrivişvilinin sözlərinə görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Gürcüstan Dəmir Yollarının xalis gəliri təqribən iki qat artaraq 175 milyon lari səviyyəsinə yüksəlib. Yük daşımaların həcmi 13 % artıb, Gürcüstan ərazisindən yüklərin tranzit müddəti isə iki dəfə qısalıb.
Nazir vurğulayıb ki, əldə edilmiş göstəricilər 2027-ci il yanvarın 1-dən etibarən dəmir yolunda bilavasitə fəaliyyət göstərən işçilərin əməkhaqlarının təqribən 20 % yüksəldilməsinə şərait yaradıb.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Buxarestdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü
-
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB
-
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır
-
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırıb













