Azad edilmiş ərazilərdə güzəşt tətbiq edilən yeni istehsal və sənaye sahələri məlum oldu
İşğaldan azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib.
BAKU.WS xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
İşğaldan azad edilmiş ərazilərdə idxalı vergi və gömrük rüsumundan azad edilən texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların aid olduğu iqtisadi fəaliyyət sahələrinin sayı artırılıb.
İşğaldan azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib. Nazirlər Kabinetinin 8 sentyabr 2026-cı il tarixli Qərarı ilə idxalı əlavə dəyər vergisi və gömrük rüsumundan azad edilən texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların aid olduğu iqtisadi fəaliyyət sahələrinin sayı artırılıb.
Dəyişikliklərlə güzəşt tətbiq olunan yeni iqtisadi fəaliyyət sahələri:
- Əczaçılıq məhsullarının istehsalı;
- Bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı;
- Üzümdən şərab istehsalı;
- Elmi tədqiqat və işləmələr;
- Ət, quş əti, balıq və süd məhsullarının emalı və konservləşdirilməsi, habelə heyvan yemi istehsalı;
- Heyvandarlıq (iribuynuzlu mal-qara və camışların yetişdirilməsi) və şirin su hövzələrində balıqyetişdirmə;
- Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması;
Güzəşt tətbiq olunan müvafiq fəaliyyət sahələri və bu sahələr üzrə idxalı nəzərdə tutulan texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların ümumi siyahısı ilə bu linkdən tanış olmaq olar. Qeyd edək ki, güzəştlər yalnız siyahıda göstərilmiş iqtisadi fəaliyyət sahələrinə tətbiq edilir.
Güzəştlərin tətbiq dairəsinin genişləndirilməsi kənd təsərrüfatı, emal sənayesi, əczaçılıq, bərpaolunan enerji və elmi-tədqiqat kimi müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün investisiya və istehsal xərclərinin optimallaşdırılmasına, layihələrin iqtisadi səmərəliliyinin artırılmasına və yeni biznes təşəbbüslərinin həyata keçirilməsinə əlavə imkanlar yaradır.
Qeyd edək ki, güzəştlərdən yararlanmaq üçün sənədlərin qəbulu fiziki (ünvan Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 155) və elektron formada (office@economy.gov.az) İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü
-
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB
-
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırıb
-
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır













