Azərbaycan 5 ölkə ilə CASCA+ marşrutunun inkişafına dair protokol imzalayıb
Far.Az xəbər saytı

Azərbaycan 5 ölkə ilə CASCA+ marşrutunun inkişafına dair protokol imzalayıb


Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Gürcüstan və Türkiyənin dəmir yolu administrasiyaları CASCA+ beynəlxalq multimodal marşrutunun gələcək inkişafına dair altıtərəfli protokol imzalayıblar.

"Report" Özbəkistan Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, sənəd oktyabrın 7-8-də Daşkənddə altı ölkənin dəmir yolu administrasiyalarının rəhbərlərinin görüşünün yekunlarına əsasən imzalanıb.

Tərəflər marşrut üzrə yük axınlarının artırılmasını, soyuducu konteynerlərlə yüklərin daşınması üçün rəqabətqabiliyyətli tariflərin tətbiqini, bütün marşrut boyunca fitinq platformalarının müntəzəm təmin edilməsini və limanlarda konteynerlərin boşdayanma müddətinin azaldılmasını müzakirə ediblər.

Protokol əldə olunmuş razılaşmaları təsbit edir və gələcək əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirir.

Oxşar xəbərlər

Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər