Baş nazir: "Gürcüstan Orta Dəhlizdəki tranzit potensialını genişləndirməyə çalışır"
Far.Az xəbər saytı

Baş nazir: "Gürcüstan Orta Dəhlizdəki tranzit potensialını genişləndirməyə çalışır"


Gürcüstan 2032-ci ilə qədər nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə 7 milyard ABŞ dolları məbləğində investisiya qoyuluşunu planlaşdırır.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze Dəmiryolçu Gününə həsr edilmiş mərasimdə çıxışı zamanı bildirib.

Baş nazirin sözlərinə görə, Orta Dəhlizə olan marağın gücləndiyi və beynəlxalq nəqliyyat marşrutlarında dəyişikliklərin baş verdiyi indiki dövrdə dəmir yollarının rolu xüsusilə artmaqdadır.

O vurğulayıb ki, çağdaş və effektiv dəmir yolu sistemi Gürcüstanın tranzit dövləti kimi statusunu möhkəmləndirmək baxımından ciddi perspektivlər açır.

İ.Kobaxidze bildiyib ki, 2032-ci ilədək nəzərdə tutulmuş investisiya proqramı liman təsərrüfatını, avtomobil yollarını, hava limanlarını və dəmir yollarını əhatə edəcək. Bu planın başlıca prioritetlərindən birini dəmir yolu infrastrukturunun müasirləşdirilməsi təşkil edəcək.

Baş nazir Gürcüstan dəmir yollarının 154 illik zəngin tarixə sahib olduğunu xatırladıb. Onun qeyd etdiyinə görə, 1872-ci ildə Potidən Tbilisiyə doğru ilk qatarın hərəkətə başlamasından bu yana dəmir yolu ölkənin iqtisadi tərəqqisində və nəqliyyat sistemində əvəzolunmaz rol ifa edir.

İ.Kobaxidze keçən ilin sonunda Gürcüstanın əsas dəmir yolu xəttinin yenidənqurma işlərinin yekunlaşdığını da diqqətə çatdırıb. O bildirib ki, bu modernləşdirmə xəttin yükdaşıma potensialını iki qat artırıb və daşıma müddətlərini nəzərəçarpacaq dərəcədə qısaldıb. Baş nazir eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tamamlanmasını və xəttin tam həcmdə istismara buraxılmasını xüsusi olaraq qeyd edib. Onun fikrincə, dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi Gürcüstanın Orta Dəhlizdəki mövqeyinin möhkəmləndirilməsi və tranzit potensialının genişləndirilməsi üçün böyük əhəmiyyət daşıyır.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Buxarestdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər