Daha bir rayonda küçə və prospektlər TƏMİR OLUNACAQ
Far.Az xəbər saytı

Daha bir rayonda küçə və prospektlər TƏMİR OLUNACAQ


Göyçay şəhərinin bir sıra küçə və prospektlərində asfalt örtüyünün əsaslı şəkildə yenilənməsi nəzərdə tutulur.

Far.Az-in məlumatına görə, Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı satınalma prosesi həyata keçirilir.

İşlərin yerinə yetirilməsi üçün ehtimal olunan qiymət 1 milyon 273 min manat müəyyənləşdirilib.

Layihə çərçivəsində Heydər Əliyev prospekti, Ziya Bünyadov, Natəvan, Nəsimi və digər küçələrində müxtəlif yol-tikinti işlərinin aparılması planlaşdırılır.

Küçələrin əsaslı təmiri həmin ərazidə nəqliyyatın daha rahat və təhlükəsiz hərəkətinə, yol örtüyünün uzunömürlü olmasına və sürücülər üçün yaranan problemlərin azalmasına şərait yaradacaq. Yolların keyfiyyətinin yaxşılaşdırılması həmçinin şəhərdaxili hərəkətlərin rahatlaşmasına və yaxın ərazilərin nəqliyyat əlaqəsinin yaxşılaşmasına xidmət edəcək.

Oxşar xəbərlər

Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq"
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq" – MÜSAHİBƏ
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər