Azərbaycan Türkmənistandan nə alır, nə satır? - Milyonluq ticarətin detalları
"Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışında ölkəmizin Mərkəzi Asiya və eləcə də Türkmənistan ilə iqtisadi əlaqələrinin inkişafına diqqəti çəkib".
BAKU.WS xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edib.
"2025-ci ildə 208 milyon dollar ticarət dövriyyəmiz olan Türkmənistandan 114.5 milyon dollarlıq mal idxal etmişik. Qardaş ölkəyə ixracatımız 63.8 milyon dollar olub", - deputat qeyd edib.
Türkmənistandan nə alırıq?
V.Bayramovun sözlərinə görə, Azərbaycan Türkmənistan ilə ötən il 518 məhsul növü üzrə ticarət əməliyyatları həyata keçirib:
"Türkmənistandan idxalımızın strukturunda enerji məhsulları üstünlük təşkil edir. Belə ki, qardaş dövlətdən təbii qaz (36.4 milyon dollar), reaktiv mühərriklər üçün kerosin yanacağı (12.5 milyon dollar), ağır distillatlar və ya digər məqsədlər üçün qazoyllar (7.7 milyon dollar), emalın spesifik prosesləri üçün, proseslərdə kimyəvi çevirmələr üçün maye yanacaq (7.4 milyon dollar), mineral və ya kimyəvi azot gübrələri (2.3 milyon dollar), emalın spesifik prosesləri üçün, proseslərdə kimyəvi çevirmələr üçün sürtgü yağları (1.4 milyon dollar) və digər məhsullar idxal etmişik".
Azərbaycan Türkmənistana nə satır?
"Türkmənistana satdığımız mallara gəldikdə isə emaledici kənd təsərrüfatı məhsulları üstünlük təşkil edir. Sözügedən dövrdə Azərbaycan Türkmənistana ağ şəkər və kimyəvi cəhətdən təmiz digər saxaroza (22.4 milyon dollar), dəmirdən və ya aşqarlanmamış poladdan alınmış məhsullar (7.8 milyon dollar), pambıq lifi (3.9 milyon dollar), qara metallardan alınan konstruksiyalar (1.8 milyon dollar), kərə yağı (931 min dollar) və başqa məhsulları ixrac edib. Digər qardaş türk dövlətləri ilə olduğu kimi, Türkmənistan ilə də ticarət dövriyyəsini daha da artırmaq prioritetdir. Əsas hədəf qeyri-neft-qaz məhsulları üzrə ticari əməkdaşlığı gücləndirməkdir".
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Alla Puqaçova ilə 11 il yaşadığı evi 240 milyona satır
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü
-
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB
-
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırıb













