Ronaldudan Portuqaliya millisi ilə bağlı MÜHÜM AÇIQLAMA
41 yaşlı portuqaliyalı futbolçu Kriştianu Ronaldu sentyabrın 27-də UEFA Millətlər Liqasında Norveç yığmasına qarşı matçda baş məşqçi Jorji Jezuşun onu meydana buraxmamasından sonra Portuqaliya millisinin düşərgəsini tərk etməsi və milli karyerasını bitirməsi ilə bağlı baş verənlərə aydınlıq gətirib.
BAKU.WS xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu və kapitanı, beşqat "Qızıl top" sahibi Kriştianu Ronaldu bu barədə açıqlama verib. O, açıqlamasında yaranmış vəziyyətə görə üzr istəyib.
"Mənə verilən sözün pozulmasını gözləmədən millinin düşərgəsini tərk etmək qərarına gəldim. Onlar bir ağızdan mənim yerimin millidə olduğunu deyirdilər. Demək olar ki, 25 illik karyeram ərzində heç vaxt hansısa məşqçinin hər hansı texniki və ya taktiki qərarlarına qarışmamışam.
Komandanın düşərgəsini tərk etdiyimə görə milli komandadakı yoldaşlarımdan üzr istəməliyəm. Portuqaliya xalqından bir daha üzr istəyirəm, lakin verilən sözün tutulmaması mənim üçün həlledici əhəmiyyət kəsb edir. Məşqçinin mənə verdiyi sözü pozmasına baxmayaraq, bu söhbətlərin şahidi olanların təsdiq edə biləcəyi kimi, mən belə hərəkət etməməli idim. Məsuliyyət tamamilə mənim üzərimdədir", - Ronaldu bildirib.
Ulduz futbolçu Norveçlə oyun günü yaşanan böhranın təfərrüatını vurğulayıb:
"Norveçlə matç günü məşqçinin köməkçisi yaxınlaşaraq baş məşqçinin mənimlə danışmaq istədiyini dedi. Məşqçi məndən 30 dəqiqə oynaya biləcəyimi soruşdu. Bu, mənim bərpa planıma uyğun gəlməsə də, dərhal razılaşdım. O mənə "hazır ol, 30 dəqiqə oynayacaqsan" dedi. Qalanı isə artıq tarixdir. İkinci hissədə isinmə hərəkətləri etdim, dəqiqələrin keçdiyini gördüm, lakin mənə şans verilmədi. Məşqçi verdiyi sözü tutmadı".
Ronaldu əlavə edib ki, əgər yaxşı fiziki formada olsa, klubunda çıxış edib qollar vursa, cəzasını çəkib bitirdikdən sonra həmişə olduğu kimi milli komanda üçün mübarizə aparmağa və qələbələr qazanmağa hazırdır.
Qeyd edək ki, bu il də Kriştiano Ronaldu dünyanın ən çox qazanan futbolçusu olaraq qalır.
"Sportico" portalı 2026/27 mövsümünün yekunlarına əsasən ən çox gəlir əldə edəcək futbolçuların siyahısını hazırlayıb. Birinci yeri "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldu tutub. O, meydandakı çıxışlarına görə 250 milyon dollar, meydandan kənar fəaliyyətindən isə 50 milyon dollar gəlir əldə edəcək.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
Yunanıstan və ABŞ Rubionun Afinaya səfəri zamanı üç sənəd imzalayacaqlar
-
Səudiyyə Ərəbistanı husilərin dinc sakinlərə hücumlarını pisləyib













