"Tanrının adamları" işıq üzü gördü
Şair, yazıçı Ruzbeh Məmmədin "Tanrının adamları" adlı yeni hekayələr toplusu işıq üzü görüb.
BAKU.WS xəbər verir ki, ədəbi mühitdə özünəməxsus poetik dili ilə tanınan müəllifin bu kitabı "Parlaq imzalar" nəşriyyatında çap olunub.
Mövzu və süjet xətti baxımından kənd həyatının səmimi, sadə və məsum insanlarının taleyindən ilhamlanaraq yazılan topluda ümumilikdə 12 hekayə yer alıb.
Əsərlərdə insan münasibətlərinin dərinliyi, mənəvi dəyərlər, torpağa və doğma ocağa bağlılıq, eyni zamanda kənd mühitindəki insanların daxili aləmi poetik və kövrək bir dildə oxucuya çatdırılır.
Qeyd edək ki, bu kitab müəllifin poetik yaradıcılıqdan sonra qələmə aldığı ilk nəsr əsəridir. Onun bundan əvvəl "365 gün" və "Gecə saat üçdür və mən səni sevirəm" adlı şeir topluları nəşr edilib.
"Tanrının adamları" kitabı isə şairin nəsr müstəvisindəki ilk uğurlu addımı və oxuculara yeni bədii təqdimatıdır.
Oxşar xəbərlər
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Bakı Kitab Mərkəzində "Zəfər sevinci" adlı musiqili-ədəbi gecə keçirilib
Yazıçı Nihat Pirin ilk hekayələr kitabı təqdim edilib
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ












