AMADA Bakıdakı dünya çempionatında maarifləndirmə proqramı həyata keçirib
Far.Az xəbər saytı

AMADA Bakıdakı dünya çempionatında maarifləndirmə proqramı həyata keçirib


Bakıda keçirilən cüdo üzrə dünya çempionatında AMADA-nın təşəbbüsü ilə maarifləndirmə proqramı təşkil olunub.

Bu barədə "Far.Az"a agentliyin mətbuat xidmətindən bildirilib.

Milli Gimnastika Arenasında keçirilən maarifləndirmə proqramı zamanı AMADA-nın təmiz idman guşəsini ziyarət edənlərə antidopinq qayda pozuntuları, idmançıların hüquq və öhdəlikləri, eləcə də 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartlar haqqında ətraflı məlumat verilib.

Bundan əlavə, dopinq və narkotik maddələrin sağlamlığa və idman karyerasına mənfi təsirləri iştirakçıların diqqətinə çatdırılıb. Ziyarətçilər antidopinq mövzusunda viktorinalarda iştirak edib, qaliblərə xatirə hədiyyələri təqdim olunub.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Bakıda güləş üzrə dünya çempionatında AMADA-nın maarifləndirmə proqramı keçirilib
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər