Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib
Far.Az xəbər saytı

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib


Bu ilin yanvar-iyul aylarında Azərbaycan 30,95 milyon ABŞ dolları dəyərində 19 min 947 ton albalı və gilas ixrac edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olaraq – 19,2 % çoxdur.

Azərbaycan Rusiyaya 30,72 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 48,7 % çox) 19 min 699 ton (+18,5 %), Qazaxıstana 214 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 228 ton (+3 dəfə), Belarusa 15,4 min ABŞ dolları dəyərində (-48 %) 19,2 ton (+3,8 dəfə) və Honkonqa 1,47 min ABŞ dolları dəyərində (-69 %) 0,73 ton (-31 %) məhsul satıb.

Hesabat dövründə Azərbaycana xarici ölkələrdən 477 min ABŞ dolları dəyərində (+65 %) 351 ton (+37 %) albalı və gilas gətirilib.

Azərbaycan Türkiyədən 327 min ABŞ dolları dəyərində (+5 450 dəfə) 242 ton (+4 840 dəfə), İrandan 146 min ABŞ dolları dəyərində (+0,4 %) 108 ton (+0,4 %), Çilidən 1,59 min ABŞ dolları dəyərində (-53 %) 0,19 ton (-55 %), Çindən 0,88 min ABŞ dolları dəyərində (-54 %) 0,07 ton (-71 %), Avstraliyadan 0,61 min ABŞ dolları dəyərində 0,03 ton məhsul alıb.

Azərbaycan 5 il 11 aylıq aradan sonra Avstraliyadan tədarükü bərpa edib.

Oxşar xəbərlər

Gilas bağlarına subsidiya: Fermerlər bu təşviq mexanizmindən nə qədər yararlana bilir? - ARAŞDIRMA
Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
İrandan daha 27 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB-5
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər