Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
Far.Az xəbər saytı

Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub


Avropa Avarçəkmə Federasiyasının (European Rowing) prezidenti Asunsion Loriyente Bakıya səfər edib.

"Far.Az" xəbər verir ki, səfər çərçivəsində qonaq Azərbaycan Su İdmanı Federasiyasının inzibati binasında olub.

Ona federasiyanın fəaliyyəti ilə bağlı məlumat verilib. Son illərdə beynəlxalq yarışlarda qazanılan uğurlar, Azərbaycanda təşkil edilmiş avarçəkmə və kanoe üzrə "Prezident Kuboku" və "Mingəçevir Reqatası" beynəlxalq turnirləri diqqətə çatdırılıb. Su idmanı ilə əlaqəli inkişaf etdirilən növlər qeyd olunub.

Daha sonra Asunsion Loriyenteyə Azərbaycan Su İdmanı Federasiyası adından xatirə hədiyyəsi təqdim edilib.

Səfər zamanı Avropa Avarçəkmə Federasiyasının rəhbəri Bakı Avarçəkmə və Kanoe İdmanı Klubunun məşq bazasına baxış keçirib. O, idmançıların açıq havada və trenajor alətlərində məşq prosesi ilə tanış olub.

Oxşar xəbərlər

Xatirə İslamdan qarlı havada FOTOSESSİYA
Bakı Avarçəkmə və Kanoe İdman Klubunda tələbələr üçün təlim keçirilib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər