Bakıda Avropa Su İdmanı Federasiyasının Konqresi başa çatıb
Bakıda oktyabrın 8-dən 10-dək Avropa Su İdmanı Federasiyasının ("European Aquatics", ASİF) Konqresi keçirilib.
"Far.Az" xəbər verir ki, bu gün başa çatan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, ASİF prezidenti Antonio Silva, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyev, ASF-nin icraçı vitse-prezidenti Xaliq İldırımzadə, ASF-nin vitse-prezidenti Jalə Əhmədova, milli federasiyaların nümayəndələri, beynəlxalq idman rəsmiləri və media nümayəndələri iştirak ediblər.
ASF və ASİF-nin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən tədbirin əsas məqsədi Avropada su idman növlərinin inkişaf perspektivlərini müzakirə etmək, beynəlxalq əməkdaşlığı gücləndirmək və milli federasiyalar arasında təcrübə mübadiləsini genişləndirmək olub.
Konqres çərçivəsində əvvəlcə Antonio Silva çıxış edib. Qitə təşkilatının rəhbəri belə nüfuzlu tədbirin Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında Bakının nüfuzlu beynəlxalq idman tədbirlərinə ev sahibliyi təcrübəsini vurğulayıb. O belə görüşlərin Avropada su idmanının inkişafına və ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyini qeyd edib.
ASF prezidenti Zaur Əliyev isə konqresin Avropa ölkələrinin milli federasiyaları arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və su idmanının gələcək inkişafı üçün yeni imkanlar yaradacağına inandığını bildirib.
Çıxışlardan sonra ASİF-nin 2026-cı il ərzində yadda qalan məqamlarını əks etdirən videoçarx nümayiş olunub. Bununla yanaşı, ötən dövr ərzində görülən işlərə dair hesabatlar dinlənilib.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu
-
"Barselona"nın baş məşqçisi Yamalı gələcəyin ən yaxşı futbolçusu adlandırıb
-
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
-
Filippinli səyyah Qarabağda dağ-xizək turizminin inkişaf perspektivlərini qeyd edib
-
Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq
-
ABŞ Prezidenti Rusiya-Ukrayna münaqişəsini yaxın vaxtlarda nizamlayacağına söz verib













