III Beynəlxalq Xankəndi Ultramarafonu başa çatıb - YENİLƏNİB
Far.Az xəbər saytı

III Beynəlxalq Xankəndi Ultramarafonu başa çatıb - YENİLƏNİB


III Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü - son mərhələsi başa çatıb.

"Report"un Xankəndinə ezam olunan əməkdaşı xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər. Bununla da atletlər dörd gün ərzində ümumilikdə 192 km məsafə qət edərək Xankəndi Zəfər Meydanındakı finişə çatıblar.

Marafon Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə +keçirilir. Yarışa 6 ölkədən 97 atlet qatılıb.

Ultramarafon dörd mərhələdən ibarətdir: Qəbələ-Ağdaş (52,5 km), Ağdaş-Bərdə (63,5 km), Bərdə-Ağdam (46,8 km) və Ağdam-Xankəndi (29,2 km). Hər mərhələnin qalibləri ayrıca təltif edilir.

Təşkilat komitəsindən verilən xəbərə görə, kişilər arasında ilk üç mərhələdə Gürcüstanlı atlet David Xarazişvili qələbə qazanıb, qadınların mübarizəsində isə Ukraynadan olan Olena Şevçenko birinci olub.

Marafonun keçirilməsində məqsəd sağlam həyat tərzinin və qaçış idmanının təbliği, həmçinin Azərbaycanın müxtəlif bölgələrinin idman vasitəsilə tanıdılmasıdır.

Xatırladaq ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi-Bakı marşrutu üzrə təşkil olunub. 380 km məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə ultramarafon Qəbələ-Xankəndi marşrutu üzrə keçirilib, yarışa altı ölkədən 81 atlet qatılıb.

Ağdamda III Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü - sonuncu mərhələsinə start verilib.

"Report"un Xankəndinə ezam olunan əməkdaşı xəbər verir ki, iştirakçılar son mərhələdə Ağdamdan Xankəndiyə qədər 29,2 km məsafə qət edəcəklər. Bununla da atletlər dörd gün ərzində ümumilikdə 192 km məsafə qət edərək Xankəndidə finişə çatacaqlar.

Marafon Azərbaycan Respbulikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə 6 ölkədən 97 atletin iştirakı ilə keçirilir.

Ultramarafon dörd mərhələdən ibarətdir: Qəbələ-Ağdaş (52,5 km), Ağdaş-Bərdə (63,5 km), Bərdə-Ağdam (46,8 km) və Ağdam-Xankəndi (29,2 km). Hər mərhələnin qalibləri ayrıca təltif edilib. Marafonun ümumi qaliblərinə isə baş mükafat bu gün sonuncu mərhələdən sonra təqdim olunacaq.

Xatırladaq ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi-Bakı marşrutu üzrə təşkil olunub. 380 km məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə marafon Qəbələ-Xankəndi marşrutu üzrə keçirilib və yarışa altı ölkədən 81 atlet qatılıb.

Oxşar xəbərlər

III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər