Maks Ferstappen Sinqapur Qran-prisinin qalibi olub
"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula-1" üzrə dünya çempionatının 2026-cı il mövsümünün 17-ci mərhələsi olan Sinqapur Qran-prisinin qalibi olub.
"Report" xəbər verir ki, ikinci yeri "Ferrari" komandasının monakolu pilotu Şarl Lekler tutub. "Mercedes"in italiyalı sürücüsü Kimi Antonelli isə yarışı üçüncü pillədə başa vurub.
Bununla Ferstappen ardıcıl ikinci qələbəsini qazanıb. Dördqat dünya çempionu karyerasında ilk dəfə Sinqapur Qran-prisində qalib gəlib.
Ümumi sıralamaya 340 xalla Kimi Antonelli başçılıq edir. "Mercedes"in britaniyalı pilotu Corc Rassell 238 xalla ikinci, "Ferrari"nin britaniyalı sürücüsü Lyuis Hemilton isə 229 xalla üçüncü yerdədir.
Konstruktorlar kubokunda "Mercedes" 578 xalla liderdir. "Ferrari" 444 xalla ikinci, "McLaren" isə 339 xalla üçüncü pillədə qərarlaşıb. Dünya çempionatının növbəti mərhələsi olan ABŞ Qran-prisi oktyabrın 23-dən 25-dək Texas ştatının Ostin şəhərində keçiriləcək.
Oxşar xəbərlər
"Formula 1": Azərbaycan Qran-prisinin qalibi bəlli olub
Formula 1: Corc Rassel sıralama turunu birinci sırada bitirib
"Formula 1": Maks Ferstappen liderliyini davam etdirir
"Formula 1": Corc Rassell ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub
"Formula 1": "McLaren" pilotu Bakıda qalib olub, yarışın sonunda qəza baş verib - YENİLƏNİB - 5
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kənan Nəsibov: "2028-ci il Los-Anceles olimpiadasında Azərbaycana medal gətirəcəyəm"
-
FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib
-
Zooparkda pələng kişini diri-diri yedi
-
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
-
Azərbaycan Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
-
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb













