Almatıda azərbaycanlı yazıçı Lətifə Orucun romanı qazax dilində təqdim edilib
Far.Az xəbər saytı

Almatıda azərbaycanlı yazıçı Lətifə Orucun romanı qazax dilində təqdim edilib


Almatıda Lətifə Oruc ədəbi təxəllüsü ilə çıxış edən azərbaycanlı yazıçı, vəkil Lətifə Əliyeva ilə yaradıcılıq görüşü və onun "Sirli gedişlər" romanının təqdimatı keçirilib.

"Report"un Qazaxıstan bürosunun verdiyi məlumata görə, tədbir Qazaxıstan və Azərbaycan arasında ədəbi və mədəni əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş "Oxuyan millət" layihəsi çərçivəsində baş tutub.

Romanın qazax dilindəki nəşri Erkinbek Turqunovun tərcüməsində "Құпия жүрістер" adı altında təqdim edilib. Kitab həmçinin Azərbaycan, rus, ingilis, türk, özbək və qırğız dillərində də əlçatandır.

Əsər insan taleyinə, ailə dəyərlərinə, təhsilin roluna və ədalət uğrunda mübarizəyə həsr olunub. Onun əsasında yazıçının həyat müşahidələri, böyük bir ailənin tarixi və çoxillik vəkillik fəaliyyəti təcrübəsi durur.

Görüşdə Qazaxıstan Yazıçılar İttifaqının, ədəbi və mədəni ictimaiyyətin nümayəndələri iştirak ediblər. İştirakçılar romanın əsas mövzularını, xalqların yaxınlaşmasında bədii tərcümənin rolunu və iki ölkə yazıçılarının əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Tədbir çərçivəsində Lətifə Orucun Qazaxıstan Yazıçılar İttifaqına üzvlük üçün müraciətinə də baxılıb.

Lətifə Əliyeva uzun illər Azərbaycan Vəkillər Kollegiyasının üzvü kimi vəkil kimi fəaliyyət göstərib. O, Azərbaycan Prezidenti təqaüdçüsüdür.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər