Aİ Şurası Livanın güc strukturlarını gücləndirmək üçün missiya təsis edib
Far.Az xəbər saytı

Aİ Şurası Livanın güc strukturlarını gücləndirmək üçün missiya təsis edib


Avropa İttifaqı (Aİ) Şurası ümumi təhlükəsizlik və müdafiə siyasəti (CSDP) çərçivəsində Livanın silahlı və daxili təhlükəsizlik qüvvələrinin gücləndirilməsinə yönəlmiş dəstək missiyasının təsis edilməsi haqqında qərar qəbul edib.

"Report"un Avropa bürosunun Şuraya istinadən verdiyi məlumata görə, missiyanın ilkin mandatı üç il müddətinə nəzərdə tutulub.

"Missiya Livanın güc strukturlarının, sərhəd və dəniz təhlükəsizliyinin potensialının gücləndirilməsinə kömək edəcək, həmçinin BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq ölkədə sabitliyi dəstəkləyəcək", - məlumatda bildirilir.

Missiya hərbi və mülki istiqamətləri əhatə edəcək. Hərbi istiqamət Livan silahlı qüvvələrinə, o cümlədən quru sərhədlərinə nəzarət, kəşfiyyat, müşahidə, qaçaqmalçılıqla mübarizə və əməliyyatların koordinasiyası sahəsində məsləhət xidmətinin göstərilməsi və təlim keçirilməsini nəzərdə tutur.

Mülki istiqamət isə Livanın daxili təhlükəsizlik qüvvələrinin potensialının gücləndirilməsinə, kibercinayətkarlıq və qaçaqmalçılıqla mübarizəyə, limanların, o cümlədən Beyrut limanının təhlükəsizliyinin təmin edilməsi sisteminin təkmilləşdirilməsinə yönəlib.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər