Azərbaycan və Kamboca yeni biznes tərəfdaşlıqları qura bilər
Azərbaycan və Kamboca arasında yeni biznes tərəfdaşlıqları qurula bilər.
"Report" xəbər verir ki, bunu Azərbaycan nümayəndə heyətinin rəsmi təmsilçisi Yusif Abdullayev Azərbaycan-Kamboca Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, bugünkü forumda Azərbaycan tərəfindən tədbirdə 80-ə yaxın şirkət iştirak edir: "Bu şirkətlər ticarət və ixrac, istehsalat, tikinti materialları, kənd təsərrüfatı, səhiyyə və turizm də daxil olmaqla geniş spektrli sahələri təmsil edirlər. Kamboca tərəfindən isə bank və maliyyə xidmətləri, turizm, İKT, energetika, daşınmaz əmlak, kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunması sahələrində fəaliyyət göstərən 12 şirkətdən 16 nümayəndə iştirak edir. Bu müxtəliflik çox ruhlandırıcıdır, çünki o, iki ölkə arasında əməkdaşlıq imkanlarının bir və ya iki sənaye sahəsi ilə məhdudlaşmadığını nümayiş etdirir".
Y.Abdullayev qeyd edib ki, bugünkü forum çərçivəsində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Kamboca Ticarət Palatası arasında Anlaşma Memorandumunun mübadiləsi olub: "Biz bunu güclü institusional əlaqələrin qurulması istiqamətində mühüm addım hesab edirik. Bugünkü forum sadəcə təqdimatların və fikir mübadiləsinin aparıldığı tədbir olmayacaq, həm də konkret layihələrin həyata keçirilməsi və uzunmüddətli biznes tərəfdaşlıqlarının qurulması üçün başlanğıc nöqtəsinə çevriləcək".
Oxşar xəbərlər
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Qadın sahibkarlar üçün "Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar" layihəsi bu il də davam etdirilir
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
-
Pakistan hərbçiləri Əfqanıstanla sərhəddə 12 silahlını zərərsizləşdirib
-
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb













