Azərbaycanda qadın cüdoçuların sayının artırılması planlaşdırılır
Far.Az xəbər saytı

Azərbaycanda qadın cüdoçuların sayının artırılması planlaşdırılır


Azərbaycanda qadın cüdoçuların sayının artırılması planlaşdırılır.

"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O, qadın cüdoçulardan gözləntilərin böyük olduğunu bildirib:

"Şəxsən mənim federasiya rəsmisi kimi onlara ümidim böyükdür. Qadın idmançılarımız artıq ilk mərhədə uduzmurlar. Ölkədə qadın cüdosu kişi cüdosundan geri qalır. Bunu etiraf etməliyik. Hər şeyin yaxşıya doğru getməsi baxımından əlimizdən gələni edəcəyik. Federasiya olaraq öz məsuliyyətimizi dərk edirik. Ölkədə qadın cüdoçuların sayını artırmağı düşünürük. Belə olan halda rəqabət artacaq və uğur qazanmaq bir qədər də yaxınlaşacaq".

Xatırladaq ki, Azərbaycanın cüdo millisi oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçirilən dünya çempionatını rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Azərbaycan boksçuları Avropa çempionatını 8 medalla başa vurub
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər