Təyyarədə taxtabiti aşkarlanıb - reys LƏĞV EDİLDİ
Far.Az xəbər saytı

Təyyarədə taxtabiti aşkarlanıb - reys LƏĞV EDİLDİ


Avstraliyanın "Qantas" aviaşirkətinə məxsus "Boeing 787 Dreamliner" təyyarəsində taxtabitilərin aşkarlanması səbəbindən Roma-Pert reysi ləğv olunub.

Far.Az "Sydney Morning Herald" qəzetinə istinadən xəbər verir ki, hadisə təyyarənin Pertdən Romaya təxminən 17 saat davam edən əvvəlki uçuşundan sonra üzə çıxıb. Bəzi sərnişinlər həşəratların onları dişlədiyindən şikayət ediblər.

Şirkət şənbə günü yerinə yetirilməsi planlaşdırılan Roma-Pert reysinin ekonom sinifdəki bəzi oturacaqlarla bağlı problem aşkarlanması səbəbindən ləğv edildiyini açıqlayıb. Təyyarə ətraflı təmizlik və texniki baxış üçün uçuşlardan kənarlaşdırılıb.

"Qantas" sərnişinlərdən üzr istəyib. Bildirilib ki, təsirlənən sərnişinlərə yerləşmə imkanı yaradılıb və onlar 48 saat ərzində alternativ reyslərə yönləndirilib.

Qeyd edək ki, taxtabitilər geyimlərdə, mebellərdə və yataq dəstlərində yaşaya bilən kiçik parazitlərdir.

Oxşar xəbərlər

AZAL Bakıda "Boeing 787 Dreamliner" uçuş simulyatorunu nümayiş etdirir
Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub
Bakıda AZAL və "Boeing"in birgə təşkilatçılığı ilə uçuş simulyatoru nümayiş olunur
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər