İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya
"Azərbaycanla İran arasındakı münasibətlərdə inkişaf müşahidə olunmalıdır. Bu da ondan irəli gəlir ki, biz qonşu və qohum xalqlarıq, müxtəlif sahələrdə ortaq maraqlarımız var.
Çalışmalıyıq ki, bütün imkanlardan istifadə edərək iki ölkənin və xalqın maraqlarını təmin edəcək şəkildə əməkdaşlıq edək".
Far.Az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.
Səfir "Sahar Azəri" kanalında guya Türkiyədə azərbaycanlı hicablılara dəstək məqsədilə aksiya keçirildiyi barədə yayılan məlumatla bağlı suala da cavab verib.
"Çalışmalıyıq ki, hər hansı xəbər və hadisə münasibətlərimizə mənfi təsir göstərməsin. Açığı, nümayəndə heyətləri ilə görüşlərim olduğuna görə bu xəbəri görməmişəm. Amma razıyam ki, dezinformasiya münasibətlərimizə mənfi təsir göstərməməlidir. Münasibətin sağlamlaşdırılmasına mane olan amilləri aradan qaldırmağa çalışmalıyıq. Qarşılıqlı maraqlarımız yalnız ikitərəfli anlaşma yolu ilə təmin oluna bilər", - deyə səfir bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Venesuela aclığa son qoymaq üçün plan hazırlayıb
-
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb
-
İsmayıllıda həbs edilən bələdiyyə sədrinə 8 il 1 ay həbs cəzası verildi
-
Azərbaycan BMT-də ənənəvi enerji olmadan qısa müddətdə inkişafın mümkünsüzlüyünü vurğulayıb
-
AİB Bakı metropolitenində əməliyyatların modernləşdirilməsi üçün 302 milyon dollar kredit ayırıb
-
Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır













