Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib
ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə çağırıb.
"Far.Az" xəbər verir ki, Vens bunu ABŞ Prezidenti Donald Trampın siyasi tərəfdarı Erik Dettersin diplomatın Tramp administrasiyasının nümayəndələri ilə görüşə çıxış əldə etmək müqabilində 100 min dollar məbləğində kredit kartı borcunun ödənilməsini tələb etdiyi barədə iddialarını şərh edərkən jurnalistlərə bildirib.
"Bunlar sadəcə ittihamlardır. Mən həmişə deyirəm ki, biz insanları ictimai rəy məhkəməsində mühakimə etməməliyik. Bunun üçün rəsmi məhkəmələr var", - vitse-prezident qeyd edib.
Vens vurğulayıb ki, Gilfoylla çoxdan tanışdır və yalnız üçüncü şəxslərin bəyanatları və ya ehtimal edilən yazışmalar əsasında onun təqsirkar olması barədə nəticə çıxarmağı yolverilməz hesab edir.
"Gəlin əvvəlcə faktları aydınlaşdıraq və həqiqəti müəyyən edək. Əgər doğrudan da qanunazidd bir şey baş veribsə, təqsirkarlar cəzalandırılmalıdır", - o əlavə edib.
Daha əvvəl Deters Gilfoylu Tramp administrasiyasının yüksəkvəzifəli nümayəndələrinə çıxış əldə etmək imkanı müqabilində guya ona 100 min dollar məbləğində kredit kartı borcunu ödəməyi təklif etməkdə ittiham etmişdi.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir
-
Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ













