Bakı sakini: Kəlağayı Azərbaycan qadınının zərifliyini ön plana çıxarır
Far.Az xəbər saytı

Bakı sakini: Kəlağayı Azərbaycan qadınının zərifliyini ön plana çıxarır


Kəlağayı Azərbaycan qadınının zərifliyini və gözəlliyini daha da ön plana çıxarır.

Bunu "Report"a açıqlamasında Bakı sakini Yunis Cümşüdov "Kəlağayı yürüşü" çərçivəsində deyib.

O bildirib ki, Azərbaycanın milli geyim ünsürlərindən olan kəlağayı Azərbaycan xanımının gözəlliyini tamamlayan, milli kimliyimizi və zəngin mədəni irsimizi özündə əks etdirən dəyərlərdən biridir:

"Hər xalqın milli geyimi insanlara xüsusi rəng, gözəllik qatır. Hər xalqın öz milli geyimi var. Kəlağayı da bizim milli geyimlərimizdəndir və onun qorunub saxlanılması mədəniyyətimizin qorunub saxlanılması ilə birbaşa əlaqəlidir. Milli geyim nümunələrinin yaşadılması, gələcək nəsillərə ötürülməsi və onların təbliği milli-mədəni irsimizin qorunması baxımından mühüm əhəmiyyət daşıyır".

Oxşar xəbərlər

Bakının mərkəzində QHT-lər milli baş örtüyü – kəlağayı ilə yürüş keçiriblər
Bakıda "Qərbi azərbaycanlıların milli geyim irsi" albom-kitabın təqdimatı keçirilib
1959-cu ildən bu günə: İT sahəsinin inkişafını əks etdirən sərgi - FOTOREPORTAJ
Milli Xalça Muzeyində "Qərbi azərbaycanlıların milli geyim irsi" adlı albom-kitab təqdim olunub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər