Aqrar Sığorta Fondu fermerləri xurma bağlarını sığortalamağa çağırır
Xurma yetişdirən fermerlər bağlarını dövlət dəstəyi ilə Aqrar Sığorta Fondu (ASF) vasitəsilə sığortalaya bilərlər.
"Far.Az" Fonda istinadən xəbər verir ki, hesablamaya görə, məsələn, Mərkəzi Aran regionuna daxil olan Ağdaş rayonunda 1 hektar xurma bağının əsas risklərdən sığortalanması fermerə cəmi 65 manata başa gəlir.
Bu hesablamada hektardan 100 sentner – 10 ton xurma məhsulu, xurmanın sahədə satış qiymətinin isə 1 kiloqram üçün 60 qəpik olması əsas götürülüb. Beləliklə, bir hektardan gözlənilən məhsulun sığorta dəyəri: 10 000 kq × 0,60 manat = 6 000 manat təşkil edir. Bu göstəricilər əsasında hesablanan ümumi sığorta haqqı təxminən 130 manatdır. Aqrar sığorta haqqının 50 %-ni dövlət ödədiyinə görə, fermerin ödədiyi məbləğ cəmi 65 manat olur.
Başqa sözlə, fermer 6 000 manatlıq xurma məhsulunu əsas risklərdən qorumaq üçün ildə cəmi 65 manat ödəyir. Bu məbləğ xurma bağlarına çəkilən illik xərclərdən qat-qat aşağıdır. Belə ki, 1 hektar məhsuldar xurma bağında gübrələmə, dərmanlama, budama, suvarma, torpağın becərilməsi və digər aqrotexniki tədbirlərə çəkilən illik xərc təxminən 2 000–2 500 manat səviyyəsində götürüldükdə, 65 manatlıq sığorta haqqı bu məbləğin cəmi 2,5–3 %-nə bərabərdir.
Başqa sözlə, fermerin xurma bağının əsas risklərdən sığortalanmasına ödədiyi məbləğ onun illik qulluq xərclərindən təxminən 30–38 dəfə azdır.
Qeyd edək ki, Azərbaycanda aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatlar arasında Ağdaş rayonundan olan təsərrüfatlar da var. İndiyədək Ağdaş rayonunda ümumilikdə 545 min manat aqrar sığorta ödənişi həyata keçirilib. Bundan 234 min manat kənd təsərrüfatı heyvanlarının sığortası, 311 min manat isə bitkiçilik sığortası üzrə həyata keçirilib və bu məbləğlər hər gün artmaqdadır.
Xatırladaq ki, xurma Azərbaycanın meyvə ixracında mühüm yer tutur. Hər il ölkədə xurma bağlarından 220 min tondan artıq məhsul toplanaraq daxili və xarici bazarlarda satılır. Xurma Azərbaycan üçün strateji ixrac məhsulu sayılır – hər il Azərbaycandan xaricə 130–140 milyon ABŞ dolları dəyərində xurma ixrac edilir. 2022–2025-ci illərdə xurma ixracı Azərbaycana yarım milyard dollar gəlir gətirib. Təkcə 2025-ci ildə Azərbaycan xarici ölkələrə ümumi dəyəri 144,2 milyon ABŞ dolları olan 187,5 min ton xurma ixrac edib.
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycanda meyvə bağını şaxta vurması üzrə 712 min manat sığorta ödənişi edilib
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
-
Marta Kos: Albaniya islahat tempini qorusa, 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB-6













